Bizneslərin Lideri Olmaq
- Müştəri ehtiyaclarına daim diqqət yetirərək, qərəzsiz və faktlara əsaslanan qərarlar qəbul edin.
- Şirkətin sağlam və səlahiyyətli qalması üçün çalışın.
- Ümumi mənzərəni və əsas detalları nəzərdən keçirikş
- Addım atarkən hər zaman şirkətimizin məqsədini düşünün.
Müştəri ehtiyaclarına daim diqqət yetirərək, qərəzsiz və faktlara əsaslanan qərarlar qəbul edin
- Hər bir mühitdə faktlara əsaslanan, qərəzsiz qərar qəbulunu təmin edin və bunu təşkilat və daha geniş ekosistem üzrə təşviq edin.
- Şəxsi mənfəətinizdən üstün tutaraq, təşkilatın, ölkənin və müştərinin ümumi faydasını ön planda saxlayın.
- Vacib qərarlar verərkən hər zaman uzunmüddətli düşünün!
- Müştərinin ehtiyaclarını aktiv şəkildə anlayın, nəticə çıxarın və onları qərar qəbuletmə prosesində nəzərə alın.
Şirkətin sağlam və səlahiyyətli qalması üçün çalışın
- Enerji aldığınız şəxsi və peşəkar əlaqələri davamlı olaraq genişləndirin və inkişaf etdirin.
- Həll yolları tapmaq üçün əlaqələrinizdən faydalanın və onları dəstəkləmək üçün fədakarcasına və şəfqətlə davranın.
- Həmkarları, biznesi və ekosistemi dəstəkləmək, öyrənmək və birlikdə təsir yaratmaq üçün əlaqələrinizi də cəlb edin.
- İnsanların öz potensialını reallaşdıra biləcəyi, ən yaxşısını ortaya qoya biləcəyi və özünü təhlükəsiz hiss edəcəyi güclü və səmərəli təşkilatlar qurun.
- Başqalarına dəqiq sərhədlər və idarəetmə çərçivəsi daxilində qərarlar qəbul etməyə imkan yaradın və bunu ehtiyaclara uyğun olaraq tənzimləyin.
Ümumi mənzərəni və əsas detalları nəzərdən keçirin
- Gündəlik işinizdə böyük mənzərəni düşünməklə konkret mövzuların detalları arasında balansı qoruyun. Böyük mənzərədə əhəmiyyətli rol oynaya biləcək detalları aşkar edib onlara fokuslanma bacarığınızı davamlı olaraq inkişaf etdirin.
- Şəxsi baxış bucağınızı genişləndirmək üçün kənar fikirlərdən yararlanın və yeni ideyalar axtarın.
- Gələcəyimizi formalaşdırarkən hərtərəfli düşünərək praqmatik yanaşın.
Addım atarkən hər zaman şirkətimizin məqsədini düşünün
- Düşüncə prosesinizə və fəaliyyət planınıza şirkətimizin məqsədini əsas götürərək başlayın.
- Hər kəsin şirkətimizin məqsədini yolgöstərici prinsip kimi daim diqqətdə saxlaması üçün bir mühit yaradın.
- Özünüzə və başqalarına hara istiqamətləndiyinizi hər zaman xatırladaraq, fərdlər, komandalar, təşkilatlar və ölkə üzərində qalıcı təəssürat yaradan müsbət nəticələrə birgə nail olmağa çalışın.
Liderlərin Lideri Olmaq
- Liderləri özünüzdən daha yaxşı olmaq üçün inkişaf etdirin.
- Səlahiyyətlərinizdən ağılla və məsuliyyətlə istifadə edin.
- Heç bir qarşılıq gözləmədən başqalarına kömək edin.
- Cavabdeh olun və başqalarını da cavabdehliyə təşviq edin.
Liderləri özünüzdən daha yaxşı olmaq üçün inkişaf etdirin
- Liderləri özünüzdən daha yaxşı və daha uğurlu etmək üçün zamanınızı və ən yaxşı səylərinizi sərf edin.
- Komandada inam yaradın və onu qoruyun, ona zərər verə biləcək heç nəyə güzəşt etməyin. Güvən formalaşdıqdan sonra, rəy bildirin və həmkarlarınızın potensialını üzə çıxarmaq üçün əlinizdən gələni edin.
- Liderlərin inkişafını dəstəkləmək üçün mühit yaradın, resurslar təmin edin və psixoloji təhlükəsizliyi qoruyun.
- Nümunəvi lider olun və özünüzə sərmayə qoymağı heç vaxt dayandırmayın, həmçinin, hər kəsin qarşısında etiraf edin ki, hələ mükəmməl deyilsiniz, lakin mükəmməl olmağa çalışırsınız!
Səlahiyyətlərinizdən ağılla və məsuliyyətlə istifadə edin
- Sizə verilən səlahiyyətlərdən son dərəcə diqqətlə və dürüstlük prinsiplərinə uyğun şəkildə, müəyyən sərhədləri aşmadan istifadə edin.
- Heç vaxt vəzifənizdən və ya intellektual bacarıqlarınızdan irəli gələn gücü sui-istifadə etməyin. Sahib olduğunuz istənilən bir güc məsuliyyətinizi artırır. Gücünüz nə qədər çoxdursa, ondan biznesin və insanlarımızın rifahı naminə bir o qədər də yaxşı istifadə etməyiniz gözlənilir. Sadə dildə desək, səlahiyyətinizdən ağılla istifadə edin və heç vaxt sui-istifadə etməyin.
- Bütün müzakirələr üçün psixoloji təhlükəsiz bir məkan yaradın və bütün liderləri də istənilən mühitdə eynisini etməyə təşviq edin.
- Səlahiyyətinizi başqalarına həvalə etməkdə düşüncəli və cəsarətli davranın və başqalarına hörmət edin.
Heç bir qarşılıq gözləmədən başqalarına kömək edin
- Bu dünyada hər şey dövri olaraq təkrarlanır. Adətən, kiməsə kömək edən biri, şüurlu və ya şüursuz şəkildə, bu gün və ya gələcəkdə bir qarşılıq gözləyir. Lakin, başqalarına kömək etməyi SEVƏNLƏR bu hərəkətdən saysız müsbət duyğular və məmnunluq əldə edir. Yaşadıqları bu duyğular onların əsl “qarşılığı” olur – beləcə də, dövr tamamlanır. Heç bir qarşılıq gözləmədən başqalarına KÖMƏK ETMƏYİ SEVƏNLƏRdən olun.
- Siz başqalarına kömək etməyi təmənnasız bir mükafat hesab edin və bunu qarşılıq gözləmədən edin. Başqalarına kömək etməyi, hər kəs üçün ümumi fayda gətirən, etibara və yüksək bağlılığa əsaslanan bir mühit yaratmaq kimi qəbul edin.
Cavabdeh olun və başqalarını da cavabdehliyə təşviq edin
- Qərar və hərəkətlərinizin tam cavabdehliyini daşıyın. Bir şey səhv olarsa, məsuliyyəti üzərinizə götürün, bəhanə axtarmayın və başqalarını günahlandırmayın. “Bəhanə mədəniyyəti” ən böyük düşmənimizdir!
- Siz həmçinin başqalarının da öz qərar və hərəkətlərinə görə cavabdeh olmalarını təmin edirsiniz.
- Təşkilatın və ölkənin rifahı üçün cavabdehlik mədəniyyətini təşviq edən bir mühit yaradın.
Digərlərinin Lideri Olmaq
- Başqalarına özünüzə qarşı necə davranılmasını istəyirsinizsə, elə davranın.
- Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin və komandanızı birlikdə qələbəyə ruhlandırın.
- Problemi həll etmək və ya daha yaxşı bir həll tapmaq məqsədilə aktiv dinləyin, sağlam mübahisələrdən çəkinməyin.
- Başqalarının zəhmətini görün və uğurlarını təqdir edin.
Başqalarına özünüzə qarşı necə davranılmasını istəyirsinizsə, elə davranın
- Özünüzə qarşı edilməsini istəmədiyiniz heç bir hərəkəti başqalarına etməyin.
- Heç vaxt kiminsə arxasınca şikayət etməyin. Əmin olun ki, həmin şəxs məlumatlıdır və müzakirəyə qatıla bilər. Kömək etmək və inkişafa təkan vermək məqsədilə, səmimi niyyətlə rəy bildirin. Açıq olun və konstruktiv rəyi qəbul etməyə həvəs göstərin.
- Əgər hörmət gözləyirsinizsə, əvvəlcə özünüzə hörmət edin. Unutmayın ki, hər kəs bərabərdir və hər kəs hörmətə layiqdir.
- Nə vaxtsa bizi biz edən müəyyən insanlardan kömək aldıq. İndi başqalarına kömək edəcək biri olun və yaddaşlarda iz qoyun.
Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin və komandanızı birlikdə qələbəyə ruhlandırın
- Şirkətin və ölkənin ümumi rifahı naminə müsbət dəyişikliyi təşviq etmək üçün həvəs və ruh yüksəkliyi yaradın.
- Müxtəlif auditoriyalarla daim açıq ünsiyyət qurun və onlara aydın, şəffaf, ruhlandırıcı mesajlarla ilham verin. Şifahi, yazılı və bədən dili ünsiyyət bacarıqlarınızı dayanmadan inkişaf etdirməyə çalışın. Başqalarına rəhbərlik etmək üçün onlar sizi tam anlamalıdırlar – başqa yolu yoxdur.
- Əməkdaşlığı və birliyi dəstəkləyən bir mədəniyyət formalaşdırın. Bu mədəniyyət nəticə etibarilə biznesi, cəmiyyəti və ölkəni inkişaf etdirir.
Problemi həll etmək və ya daha yaxşı bir həll tapmaq məqsədilə aktiv dinləyin, sağlam mübahisələrdən çəkinməyin
- Onların dediklərini eşidin, gözlədiyinizi və ya eşitmək istədiyinizi deyil.
- Fərqli fikirlərə görə minnətdar olun, onlar sizə daha böyük mənzərəni görmək və müxtəlif baxış bucaqlarını nəzərdən keçirmək imkanı verir.
- Fikir ayrılığını fərdi, komanda və təşkilati dinamikaya xələl gətirmədən konstruktiv şəkildə həll edin. Konstruktiv dialoqu təşviq edin və sağlam müzakirələrə açıq olun, çünki düzgün idarə edildikdə, onlar ən yaxşı nəticələrə və bir-birinə etibar edən üzvlərdən ibarət komandanın formalaşmasına səbəb olacaq.
Başqalarının zəhmətini görün və uğurlarını təqdir edin
- Unutmayın ki, liderlərin yaratdığı möhtəşəm ideyalar, layihələr və strategiyalar komanda tərəfindən həyata keçirilir, başqalarının dəstəyi, sədaqəti olmadan heç bir dəyərə malik deyil. Bu səbəbdən, bir lider olaraq başqalarının zəhmətini və səyini tanımalı, bunun üçün minnətdar olmalısınız.
- Həmkarlarınız layiq olduqda, müsbət rəy verməyi özünüzdə vərdiş halına gətirin.
Özünüzün Lideri Olmaq
- Sözünüzlə işiniz bir olsun - səmimi olun.
- Daim öyrənməyə can atın, sınamaqdan çəkinməkdənsə, səhv edib uğursuzluqdan dərhal dərs çıxarın.
- Sahiblənmə düşüncəsi ilə cəsur davranın.
- Fərqli fikirdə olsanız belə, yekun qərara sadiq qalın.
Sözünüzlə işiniz bir olsun - səmimi olun
- Sözünüzə əməl edin. Əgər bunu edə bilmirsinizsə, ilk fürsətdə nəzakətlə izah edin. Hər kəs zamanla dəyişir. Fikirləriniz dəyişərsə, bunu qəbul edib izah edin.
- Vədinizi yerinə yetirmək üçün əlinizdən gələni edin və heç vaxt bəhanələr axtarmayın.
- Özünüzü işə tam həsr edin. Komandadan hər hansı bir gözləntiniz varsa, əvvəlcə bunu özünüzdən tələb edin və ona uyğun davranın.
Daim öyrənməyə can atın, sınamaqdan çəkinməkdənsə, səhv edib uğursuzluqdan dərhal dərs çıxarın
- Unutmayın ki, nə siz, nə də başqaları idealdır. Bu gün özümüzə sərmayə qoyaraq sabah özümüzün daha yaxşı versiyamıza çevrilə bilərik. Komanda üzvlərinizə qarşı heç vaxt həsəd aparmayın və onlarla rəqib olmayın. Əksinə, əməkdaşlıq edin və öyrənin.
- Dünənki özünüzlə rəqabət aparın! Davamlı öyrənin, sınayın, səhv edin və dərhal dərs çıxarın. Maneələrinizi sahiblənin, çünki onlar uğur üçün faydalana biləcəyiniz dəyərli təcrübələrdir – onları boşuna “xərc” hesab edib unutmayın.
- Bilin ki, uğursuzluq yalnız onu uğursuzluq kimi qəbul etdiyinizdə uğursuzluqdur. Əslində isə, o sadəcə ibrətli bir dərs və uğura aparan yolda bir mərhələdir.
Sahiblənmə düşüncəsi ilə cəsur davranın
- Hərəkətlərinizin məsuliyyətini və cavabdehliyini tam üzərinizə götürün.
- Lider olaraq, şirkətə öz biznesiniz kimi baxıb idarə edin. İşinizi böyüdün və fürsətləri dəyərləndirin.
- Ətrafınıza ən yaxşı insanları toplamağa cəsarət göstərin və onların inkişafı üçün əlinizdən gələni edin – ailə üzvlərimizlə olduğu kimi, onların da özümüzdən daha yaxşı olmalarını istəyirik.
Fərqli fikirdə olsanız belə, yekun qərara sadiq qalın
- Fərqli fikirləri ifadə etməkdən çəkinməyin, amma yekun qərar fikirlərinizlə tam üst-üstə düşməsə belə, bütün qəlbinizlə dəstəkləyin.
- İdeyaları daha da inkişaf etdirmək üçün aydın arqumentlərdən istifadə edərək başqalarının fikirlərini sınağa çəkin.
- Qərar qəbul edildikdən sonra, ona sahib çıxın və onu ən yaxşı şəkildə həyata keçirmək üçün əlinizdən gələni edin. Həm yaxşı, həm də “çox da bəyənilməyən” qərarların məsuliyyətini üzərinizə götürün.