Senior Auditor
PAŞA Holding Qrup Audit komandasına qoşulmaq üçün Baş Auditor vəzifəsinə işə qəbul elan edir.
Vəzifə haqqında məlumat
Baş Auditor Qrup Audit Funksiyasının fəaliyyətini dəstəkləyərək, Aktiv Qrupları və Vertikallar üzrə planlı və xüsusi audit yoxlamalarında, o cümlədən məlumatvermə (whistleblowing) əsasında aparılan araşdırmalarda iştirak edir.
Bununla yanaşı, müvafiq Audit Komitələrinin gündəlik fəaliyyətinin təşkilinə dəstək göstərir, daxili audit çərçivələrinin və metodoloji təlimatların hazırlanmasına, eləcə də Qrup Audit Funksiyası tərəfindən həyata keçirilən keyfiyyətə nəzarət tədbirlərinə töhfə verir.
Əsas vəzifə və öhdəliklər
1. Daxili auditin idarə edilməsi:
-
Qrup Audit Funksiyası tərəfindən audit çərçivələrinin və metodoloji təlimatların hazırlanmasında iştirak etmək;
-
Audit alətlərinin və sənədləşdirmə standartlarının aktual saxlanılmasına töhfə vermək.
2. Audit Komitələrinin fəaliyyətinə dəstək (Bravo və Agro Dairy):
-
Audit Komitələrinin gündəlik fəaliyyətinə dəstək göstərmək, onların fəaliyyətinin qanunvericiliyə, daxili prosedurlara və beynəlxalq peşə standartlarına uyğunluğunu təmin etməyə kömək etmək;
-
Müvafiq daxili audit funksiyalarının fəaliyyətini əlaqələndirmək, tətbiq olunan metodologiya və yanaşmaların ardıcıllığını və uyğunluğunu təmin etmək.
3. Audit və əminlik xidmətləri:
-
Korporativ Mərkəzlərdə və təhkim olunmuş müəssisələrdə planlı və plandankənar audit yoxlamaları çərçivəsində audit prosedurlarını həyata keçirmək;
-
Biznes proseslərinin təhlilini (walkthrough), risklərin qiymətləndirilməsini, nəzarət mexanizmlərinin test edilməsini və analitik prosedurları icra etmək;
-
Məlumatvermə (whistleblowing) əsasında aparılan araşdırmalarda və əsas fəaliyyət göstəricilərinin (KPI) yoxlanılması üzrə auditlərdə iştirak etmək;
-
Daxili qaydalara və peşə standartlarına uyğun olaraq audit işçi sənədlərini hazırlamaq və audit müşahidələrinin ilkin layihələrini tərtib etmək.
4. Keyfiyyətə nəzarət tədbirləri:
-
Aktiv Qruplarının əməliyyat şirkətlərində həyata keçirilən daxili audit fəaliyyətinin müəyyən edilmiş çərçivələrə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək məqsədilə keyfiyyətə nəzarət tədbirlərində iştirak etmək;
-
Keyfiyyət yoxlamaları nəticəsində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək.
Namizədə tələblər
-
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
-
Audit sahəsində minimum 3 il praktiki iş təcrübəsi (Qrup Audit Funksiyasının fəaliyyət əhatəsinə daxil olan sahələrdə təcrübəyə üstünlük verilir);
-
Güclü analitik düşünmə, ünsiyyət və təqdimat bacarıqları;
-
Müvafiq peşəkar sertifikatın olması üstünlükdür.
Maraqlanan namizədlər aşağıdakı keçid vasitəsilə vakansiyaya müraciət edə bilərlər:
Qeyd: Bütün müraciətlər ilkin CV dəyərləndirməsi mərhələsindən keçiriləcəkdir. Yalnız bu mərhələdən uğurla keçən namizədlərlə elektron poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.